Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq "İşıqlı həyat" layihəsi həyata keçirilir.
ATGTİ-dən SİA-ya verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycanda əhalinin xüsusən gecə saatlarında yol təhlükəsizliyinin təmin olunması, Respublikada nəqliyyat təhlükəsizliyi problemlərinə cəmiyyətin diqqətini cəlb etməklə, Azərbaycanda yeniyetmə və gənclərin yol qəzalarında həlak olmalarının qarşısının alınmasıdır. Layihəyə qoşulan hər kəs xüsusi hazırlanmış işıq qaytarıcılarından istifadə edərək layihəyə dəstək verir, eyni zamanda öz təhlükəsizliyini nisbətən təmin etmiş olur.
Qeyd edək ki, cari ilin aprel ayında KİV nümayəndələrinin iştirakı ilə işıq qaytarıcıları haqqında 18 və 152 nömrəli orta məktəblərdə təqdimatlar keçirilib.
Bunun davamı olaraq layihə çərçivəsində növbəti təqdimat Bakı şəhəri 102 saylı orta məktəbdə Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayevanın iştirakı ilə keçirilib. Təqdimat zamanı reflektorlar şagirdlərə müğənni tərəfindən paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB