Gəncə Qan Bankında qanvermə aksiyasına start verilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, aksiyada şəhərin müxtəlif idarə və müəssisələrindən, eləcə də ali təhsil ocaqlarından 100-dən artıq şəxs könüllü olaraq qan verib.
Aksiya Beynalxalq Hemofiliya gününə həsr olunub. Rəsmi statistikaya əsasən, hazırda ölkənin Qərb bölgəsində 109 irsi qan xəstəsi qeydiyyata alnıb. Onlardan 41 hemofiliya digərləri isə talassimiya xəstələridir. Hər ay sözegdən xəstəlikdən əziyyət çəkən vətəndaşların hər birinə 100 ltr qan lazım olur. Belə xeyriyyə tədbirlərinin təşkilinin məqsədi də sağlam insanlar arasında maarifləndirmə işlərini gücləndirmək,həmçinin əhalini talesimiya və hemofiliya xəstələri üçün qan verməyə dəvət etməkdir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB