Zərifə Əliyevanın 90 illiyi ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

Zərifə Əliyevanın 90 illiyi ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90-cı ildönümü münasibətilə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı regional şöbəsində göz xəstəliklərindən əziyyət çəkən xəstələr üçün aksiya keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı regional şöbəsi və Astara rayon mərkəzi xəstəxanasının həkim briqadası göz xəstəliklərindən əziyyət çəkən rayon sakinlərini qəbul ediblər. Xeyriyyə aksiyasında 200-dən artıq rayon sakini müayinə və müalicə olunub, 20 xəstə üzərində əməliyyat aparılıb. Görmə qabiliyyəti tam məhdud olan daha 20 nəfər xəstə əməliyyat olunmaq üçün Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinə göndərilib.

Qeyd edək ki, mərkəzin Masallı regional şöbəsində 2012-ci ildə yüzlərlə xəstə üzərində cərrahiyyə əməliyyatı aparılıb, 2 mindən çox insan müalicə alıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə