Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin birgə həyata keçirdiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti Proqramı çərçivəsində Qubanın Zərdabi qəsəbəsində "Yolun və küçə işıqlarının bərpası" layihəsi başa çatıb. Proqram çərçivəsində qarşıdakı illərdə Qubanın bir neçə yaşayış məntəqəsində də sosial layihələrin həyata keçiriləcəyi qeyd olunub.
İqtisadi İnkişaf Nazirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin birgə həyata keçirdiyi 2009-2014-cü illəri əhatə edən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti Proqramı Azərbaycanın regionlarındakı icmaların fəaliyyətinə dəstək verir və sosial problemlərin aradan qaldırılması məqsədi daşıyır. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, bu barədə Quba rayon İcra Hakimiyyətində keçirilən rəsmi görüşdə məlumat verən ABŞ Beynəlxalq İnkişaf Agentliyi administratorunun Avropa və Avrasiya üzrə müavini xanım Peyc Aleksandr 5 il müddətində Qubada yerli icmaların iştirakı ilə bir neçə sosial layihənin həyata keçiriləcəyini bildirdi.
Görüşdə həmçinin Quba rayonunun sosial-iqdisadi məsələləri barəsində də məlumatlar verildi və yeni layihələr müzakirə olundu.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB