“Heydər Əliyev və Azərbaycan dövləti” FOTO

“Heydər Əliyev və Azərbaycan dövləti” FOTO

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatında Yevlax şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon Təşkilatının tədbirlər planına əsasən Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə "Memarı və qurucusu Heydər Əliyev olan Azərbaycan dövləti etibarlı əllərdədir" mövzusunda idarə müəssisə və təşkilatların iştirakı ilə məşğələlərin keçirilməsinə start verilib. SİA-nın məlumatına görə, proqrama uyğun olaraq ilk günki məşğələlərdə Yevlax şəhər Telekomunikasiya qovşağının və Yevlax Poçtant idarəsinin əməkdaşları iştirak ediblər.

Tədbiri Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini YAP Yevlax rayon təşkilatı idarə heyətinin üzvü Müstəqim Məmmədov açaraq Ulu öndərin həyat və fəaliyyətini əhatə edən məruzə ilə çıxış edib.

Natiq Heydər Əliyevin həyatının bütün mərhələlərinə incəliklə toxunaraq onun əvəzsiz Azərbaycan dövlətçiliyinə etdiyi xidmətlərindən geniş söz açıb. Bildirib ki, 1992-ci ildən üzü bəri müstəqil azad Azərbaycan Respublikasının qurulmasında Heydər Əliyevin misilsiz xidmətləri hər bir azərbaycanlının qəlbində yaşayır: "Xalqımızı bu dahi şəxsiyyəti dövrünün Lideri, bu günün öndəri olaraq daim ehtiramla yad edir. Atəşkəsə nail olmaq, əsrin müqaviləsinin imzalanması, Azərbaycanın beynəlxalq təşkilatlarda müstəqil dövlət kimi tanınması Ulu öndərin siyasətinin təntənəsi idi. Bu gün isə bu siyasət öz axarı ilə daha sürətlə və uğurla davam etdirilir. Çünki memarı Heydər Əliyev olan Azərbaycan dövləti etibarlı əllərdədir.

Onun ləyaqətli varisi Yeni Azərbaycan Partiyasının sədri möhtərəm Prezidentimiz İlham Əliyev bütün sahələrdə ölkəmizin sürətli inkişafına təminat yaradılır. Məhz bu cür Liderin sayəsində ölkəmiz dünya ölkələri arasında mütləq söz sahibinə çevrilib. Bu uğurları yüksək inkişafı hər bir Azərbaycan vətəndaşı kimi biz yevlaxlılar da görürük və cənab Prezidentimizin ətrafında sıx birləşərək onun yürütdüyu siyasəti dəstəkləyirik".

Sonra çıxış edənlər Yevlax TKQ-nın rəisi Şahlar Vəliyev və Poçtantın rəisi Elman Səfərov 90 illik yubileyi yubiley münasibəti ilə keçirilən məşğələ mühazirənin əhəmiyyətliliyini dilə gətirərək Ulu öndərin Azərbaycançılıq məfkurəsindən söz acdılar. Onlar cənab Prezident İlham Əliyevin istər ölkədə, istərsədə beynəlxalq arenada apardığı uğurlu işləri dəstəklədiklərini və qarşıdan gələn Prezident seçkilərində yekdiliklə İlham Əliyevi dəstəkləyəcəklərini bildirdilər.

Qeyd edək ki, məşğələlər 6 may tarixinədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə