Son günlərdə bəzi müxalif yönlü kütləvi informasiya vasitələrində Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevə Ukraynada Azərbaycan diasporunun tanınmış simalarından olan İqbal Mahmudovun qətlində adı keçən Qulam Ələkbərovun himayədarlıq etməsi və s. barədə həqiqətə uyğun olmayan, böhtan xarakteril yazılar dərc edilir. Goranboy rayon İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, Qulam Ələkbərov əslən Goranboy rayonunun Bəşirli kəndindəndir. Uzun müddətdir ki, Bakı şəhərində yaşayır, iş adamıdır. Məlumatda bildirilib ki, Qulam Ələkbərovun hansı işlə məşğul olması, rayonda nə vaxt olması, rayona gəlib-getməsi barədə İcra Hakimiyyətində heç bir məlumat yoxdur və onunla nəinki rayon İcra Hakimiyyəti başçısının, ümumiyyətlə rayon aktivinin heç bir əlaqəsi yoxdur.
Mövcud Konstitusiyaya görə rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və azad edilir. Ona görə rayon İcra Hakimiyyətinin başçısına Qulam Ələkbərovun və ya kiminsə havadarlıq etməsi böhtandan başqa bir şey deyildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB