Faktiki hava

Əvvəlcədən xəbər verildiyi kimi aprelin 17-si gün ərzində, 18-i gecə və səhər ölkə ərazisində hava şəraiti təzadlı dəyişilmiş, əksər rayonlarda yağıntılı olmuş, dağlıq rayonlarda qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya daxil olan məlumata görə, ən çox düşən yağıntının miqdarı Lənkəranda 22 mm, Lerikdə 13 mm, Daşkəsəndə 11 mm, Astarada 10 mm, Qazıməmməd, Mərəzə, Xaçmazda 9 mm, Sabirabad, Biləsuvar, Cəfərxan, Göytəpədə 8 mm, Salyanda 7 mm, Gədəbəy, Qəbələ, İsmayıllı, Yardımlıda 6 mm, Şəki, Ağstafa, Tovuz, Naxçıvan, Rvarudda (Lerik) 5 mm, Göyçay, Ağdərədə (Ordubad) 4 mm, Quba, Zaqatala, Göygöl, Yevlax, Zərdab, Beyləqan, Kürdəmirdə 3 mm, Mingəçevir, Kişçay (Şəki), Ağsu, Şərur, Şahbuz, Gəncə, Şəmkir, Ceyrançöl, Oğuz, Şamaxıda 2.0 mm, Naftalan, Culfa, Bərdə, Sarıbaş (Qax) 1 mm, Tərtər, Xınalıqda 0.3-0.4 mm, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 2-13 mm təşkil edib.

Ağstafa radioloji lokatorunun (MRL) məlumatına əsasən yağıntı olub, gecə saatlarından başlayaraq Göygöl rayonunda Hacıkənd və digər dağ kəndlərinə qar yağıb, dağlar qar örtüyünə bürünüb. Aprelin 18-i səhər saatlarında qərb bölgələrində çiskinli, dumanlı hava müşühidə olunub.

Qar örtüyünün hündürlüyü Altıağacda 5 sm, Daşkəsən, Gədəbəydə 2 sm, Hacıkənd, Naftalanda 1 sm təşkil edib. Aprelin 17-də havanın orta sutkalıq temperaturu Bakıda iqlim normasından 3-4 dərəcə aşağı olmuş, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 8-11, aran rayonlarında 9-12, dağlıq rayonlarda 0-5, Naxçıvan MR-da 14-19 dərəcə isti təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə