“Beynəlxalq Əlillər Cəmiyyəti” yeni layihəyə start verib

“Beynəlxalq Əlillər Cəmiyyəti” yeni layihəyə start verib

"Beynəlxalq Əlillər Cəmiyyəti" ictimai birliyi 2013-cü ilin aprel ayının 1-dən etibarən Azərbaycan respublikası Prezidenti yanında QHT-lərə dəstək şurasının maliyyə dəstəyi ilə "Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən müharibə,şəhid ailəsi və ümumi səbəbdən əlil olmuş məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə dəstək" layihəsini həyata keçirməyə başlayıb. SİA-nın verdiyi xəbərə görə, layihənin əsas məqsədi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən müharibə,şəhid ailəsi və ümumi səbəbdən əlil olmuş məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial reabilitasiyası ilə yanaşı əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar maarifləndirmə işi aparmaqdan, onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə kömək etməkdən ibarətdir.

Qeyd edək ki, layihə avqust ayının 1-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə