Yağış sabah da davam edəcək

Sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, aprelin 18-dən 19-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 4-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Ölkənin rayonlarında hava şəraitinin əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Səhər saatlarında bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 1-6, bəzi yerlərdə 8 dərəcəyədək isti olacağı gözlənilir.

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi və rütübətli havanın üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə