DSX-inin Göytəpə Sərhəd Dəstəsində Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə Sərhəd Dəstəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Tədbirdə çıxış edən DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki rolunu yüksək qiymətləndirib.
Konfransda "N" saylı hərbi hissənin komandiri, polkovnik Zəki Cəlilov, Milli Məclisin deputatları Musa Qasımlı, Musa Quliyev, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin rəhbəri, tarix elmləri doktoru Ədalət Qasımov ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən söhbət açıblar.
Qeyd olunub ki, Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin və mədəniyyətin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Çıxış edənlər Sərhəd Qoşunlarının, DSX-nin, sərhəd məntəqələrin yaradılmasında, onların maddi-texniki bazasının möhkəmləndirilməsində, sərhədçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasında böyük öndər Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndiriblər. Bildirilib ki, Ulu Öndər Azərbaycanda milli sərhəd siyasətini formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyən edib.
Bildirilib ki, bu gün ulu öndər Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya birliyində öz layiqli yerini tutub, Cənubi Qafqazda lider dövlətə çevrilib.
Tədbirin sonunda rejissor Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevə həsr etdiyi "General" sənədli filmi nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB