Azərbaycan Prezidenti rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncama əsasən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Hacıqabul Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılacaq.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Hacıqabul rayonunda da uğurla həyata keçirilir. Son illərdə rayonda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilib, istehsal müəssisələri yaradılıb, rayon mədəniyyət sarayı əsaslı təmir olunub, ümumtəhsil məktəbləri yenidən qurulub, Uşaq Tibb Mərkəzi, 50 çarpayılıq xəstəxana-poliklinika və digər sosial yönümlü obyektlər tikilib istifadəyə verilib, yeni yollar çəkilib, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb", - Sərəncamda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB