“Ramiz Mehdiyev hamidan tez işə gələn və hamıdan gec evinə gedən dövlət işçisidir”
Siyavuş Novruzov: "Ramiz Mehdiyev dövlət siyasətinin həyata keçirilməsində prezidentə ən çox dəstək olan şəxslərdən biridir"
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 75 yaşını da ən yüksək vəzifədə qeyd etdi. Prezident İlham Əliyev akademiki dövlət qulluğunda səmərəli fəaliyyətinə və dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə, "Şərəf" ordeni ilə təltif etdi. YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov açıqlamasında Ramiz Mehdiyevlə bağlı fikirlərini bölüşüb.
- Siyavuş müəllim, Ramiz Mehdiyevi necə bir dövlət xadimi kimi xarakterizə edirsiniz?
- Mən əvvəla, Ramiz Mehdiyevi 75 illik yubileyi münasibətilə təbrik edirəm. Bu gün cənab prezidentimiz hörmətli Ramiz müəllimə dövlət qulluğunda səmərəli fəaliyyətinə və dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə, "Şərəf" ordeni verdi. Mən bu münasibətlə hörmətli akademiki təbrik edirəm. Ramiz Mehdiyev Azərbaycan dövlətinin qurulmasında, qorunmasında, möhkəmlənməsində xüsusi xidmətləri olan bir dövlət adamıdır. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davam etdirilməsində prezidentimizə yaxından dəstək verən dövlət xadimlərindən biridir. O, həm də bir alim kimi də öz xidmətləri və baxışları ilə uğurlar qazanıb. Onun ayrı-ayrı zamanlarda ermənilərə verdiyi tutarlı cavablar, cəmiyyətə verdiyi istiqamətlər xüsusi qeyd olunmalıdır.
- Ramiz Mehdiyevin hakim komandada birmənalı olaraq qəbul olunmamağına dair iddialar nə dərəcədə doğrudur?
- Bunlar müxalifət mətbuatının uydurmalarıdır. Azərbaycan hakimiyyətində bir komanda var və o komandanın da rəhbəri İlham Əliyevdir. Ramiz Mehdiyev dövlət siyasətinin həyata keçirilməsində prezidentə ən çox dəstək olan şəxslərdən biridir. Bu gün bəzi müxalifət qəzetləri heç bir fəaliyyəti olmayan qurumların rəhbərlərini bir yana qoyub, ancaq işləyən adamlardan yazırlar. Ramiz Mehdiyevin fəaliyyəti göz önündədir. Onun xidmətlərinə kölgə salmaq cəhdləri isə səmərə verəsi deyil.
- Necə hesab edirsiniz, 75 yaşlı Ramiz Mehdiyevin dincəlməsinin zamanıdırmı?
- Bilirsiniz, insanın əmək qabiliyyəti onun yaşı ilə ölçülməməlidir. Bu gün adam var 18 yaşındadır amma ayağa qalxa bilmir. 35 yaşı olan insanlar var ki, bir iş tapşırırsan yarıda bilmir. Mən bunu bildiyim üçün deyirəm. Ramiz Mehdiyev Prezident Administrasiyasına hamıdan tez gələn və hamıdan gec evinə gedən şəxsdir./Moderator/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB