Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melianı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi Administratorunun Avropa və Avrasiya üzrə müşaviri xanım Aleksander Peyci qəbul edib.
SİA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olunub, Azərbaycan Silahlı Qüvvələrinin Beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti qeyd edilib, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB