YAP Gənclər Birliyi şahmat turniri keçirir FOTO

YAP Gənclər Birliyi şahmat turniri keçirir FOTO

Azərbaycanda ən böyük gənclər ordusunu öz ətrafında biləşdirən Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi (GB) mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu layihələr həm partiya sıralarında olan, həm də digər gənclərimiz üçün əhəmiyyət baxımından seçilir. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi növbəti silsilə layihələrini Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edib.

Ulu Öndərin 90 illiyinə həsr edilmiş növbəti tədbir Bakı şəhəri üzrə Yeni Azərbaycan Partiyası Gənclər Birlikləri arasında keçiriləcək şahmat turniridir. Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə təşkil olunub.

Turnirin birinci mərhələsi artıq başa çatıb. Bakı şəhər rayonları üzrə YAP Gənclər Birliyi üzvləri arasında keçirilən yarışda 50-yə yaxın şahmatçı mübarizə aparıb. Yeddi tur davam edən mübarizənin sonunda qaliblər müəyyən olunub. Nəticələrə əsasən Xəzər, Yasamal və Nərimanov rayon gəncləri müvafiq olaraq I, II və III yeri tutub.

Qaliblər Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində mükafatlandırılacaq.

Oyunlar FİDE referisi V.Sapronov tərəfindən idarə olunub.

Qeyd edək ki, turnirin ikinci mərhələsi 18 aprel 2013-cü il tarixində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə