Alyans Azay Quliyevi təltif etdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 5 illik yubileyi keçirilib. SİA-nın məlumatına görə, bu münasibətlə QHT Əməkdaşlıq Alyansı bu gün Vətəndaş Cəmiyyəti və QHT- lərin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevi fəxri fərmanla təltif edib.

Tədbirdə çıxış edən Rufiz Qonaqov bildirib ki, vətəndaş cəmiyyətinin inkişafında 16 aprel 2008- ci ildə yaranmış QHT- lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin xüsusi xidmətləri vardır.

"Şura 5 il ərzində ölkəmizdə bir çox vacib layihələrin həyata keçirilməsində, QHT sektorunun inkişafında, bu sahədə bir çox qanun və qərarların qəbulunda xeyli işlər görüb. Eyni zamanda Şura bu müddət ərzində beynəlxalq təşkilatlarla bir çox sazişlər imzalanıb ki, bu da vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. Sevindirici haldır ki, QHT Əməkdaşlıq Alyansı Rusiya-Türkiyə- Azərbaycan birgə Forumunun işçi qrupunun üzvü olaraq bu vacib tədbirlərin təşkilində yaxından iştirak edir. Bu gün keçirilən tədbir də bunun əyani təzahürüdür".

Sonda Şura sədri Azay Quliyev fəxri fərmanla təltif edilməsinə görə QHT Əməkdaşlıq Alyansına öz təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə