Quba və Qusar rayonlarına 17 sm-dək qar yağıb

Quba və Qusar rayonlarına 17 sm-dək qar yağıb

Quba və Qusar rayonlarına 17 sm-dək qar yağıb. Havanın temperaturu kəskin şəkildə aşağı düşüb. Kənd təsərrüfatı mütəxəssisləri belə hava şəraitinin çiçəkləyən meyvə ağacları üçün əlverişsiz olduğunu bildirir və bağbanlara aqro-texniki tədbirlərə başlaqmağı tövsiyyə edir.

Aprel ayında qarın yağması Qubada sonuncu dəfə 6 il əvvəl müşahidə olunub, həm də ayın birinci ongünlüyündə. Bu dəfə isə aprelin ikinci yarısına təsadüf edən qar daha çox maraq doğurur. Qarın yağması bir sıra fəsadlar da törədib. Qarın ağırlığından qırılan budaqlara bağlarda tez-tez rast gəlmək olar. Şaxtanın çiçəkləyən ağaclara təsir göstərməsi də istisna deyil.

İki gün yağan yaz yağışı aprelin 17-si gecə saatlarında qarla əvəz olundu. Bir neçə saat davam edən qar yağıntısı nəticəsində Quba və Qusarda havanın hərarəti əvvəlki günlərlə müqayisədə 9-10 dərəcə aşağı enib. Quba Regional Hidrometerologiya müəssisəsindən verilən məlumata görə, qar yağıntısı dağlıq və dağətəyi ərazilərdə daha çox müşahidə olunub. Qarın ən çox düşdüyü ərazi Qubanın Susay kəndində qeydə alınıb - 17 sm.

Quba bağlarının bir hissəsi qar örtüyünə bürünüb.Kənd təsərrüfatı mütəxəssisləri şaxtanın çiçəkləyən meyvə ağaclarına təsir göstərə biləcəyindən narahatdır.Onlar bağbanlara təcili olaraq müvafiq aqro-texniki tədbirlərə başlamağı tövsiyyə edir.

Qarın yağması təəccüb və maraqla qarşılanıb. Hətta bəzi bölgə sakinləri Qubaya gələrək yazda yağan qarı yaxından müşahidə etməyə həvəs göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə