Millət vəkili seçiciləri qəbul edib FOTO

Millət vəkili seçiciləri qəbul edib FOTO

Səbail rayonu 29 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fuad Muradov parlamentdə seçiciləri ilə görüşüb. SİA-nın məlumatına görə, 20 nəfər seçicini qəbul edən millət vəkili onların problemlərini dinləyib. Deputata ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə və sair problemlər üstünlük təşkil edib.

Seçicilərinin problemlərini və təkliflərini dinləyən deputat bir sıra məsələləri yerindəcə həll edib. Müraciət etmiş digər seçicilərdən isə aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb. Millət vəkili seçicilərin ona ünvanladığı bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə kömək göstərəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə