Həsən bəy Zərdabinin 170 illik yubileyi qeyd olunub

Həsən bəy Zərdabinin 170 illik yubileyi qeyd olunub

Bu gün Azərbaycan İctimai- siyasi Universitetində Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri açıq elan edən universitetin rektoru Rasim Nəbiyev öz məruzəsində Zərdabinin həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verib.

Daha sonra tədbiri universitetin Azərbaycan dili və Ədəbiyyat kafedrasının müdiri İfrat Əliyeva "Mətbautın banisi, müəllimlər müəllimi Həsən bəy Zərdabi" haqqında geniş məruzə ilə davam etdirib.

Filologiya elmləri doktoru Məhərrəm Məmmədovun "Əkinçi və dil" adlı məruzəsi ilə davam edən tədbir jurnalistika və filologiya fakültəsinin tələbələrinin çıxışları ilə bitib.

Bütün xəbərlər Facebook səhifəmizdə