"2014-2015-ci illərdə Azərbaycanda dövlət qulluğuna qəbul imtahanları regionlarda da keçirilməsi nəzərdə tutulub". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib. Onun sözlərinə görə, regionlarda dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsinin təşkil edilməsi üzrə işlər davam edir: "Biz istəyirik ki, dövlət qulluğuna qəbul imtahanları regionlarda da təşkil edilsin. Beləliklə, vətəndaşlar Bakıya imtahan verməyə gəlməsinlər".
Komissiya sədri deyib ki, hazırda Dövlət Qulluğu Məcəlləsinin hazırlanması üzrə iş aparılır. Məcəllənin 2014-cü ilədək hazırlanması məsələsi dövlət proqramında da öz əksini tapıb. İlkin layihə işçi qrup tərəfindən artıq təqdim olunub. Bu yaxınlarda həmin layihənin ictimai müzakirəsi aparılıb: "Hazırda müzakirələrdən sonra təklif, irad və rəyləri gözləyirik. 2014-cü ilədək layihənin son variantını hazırlayacağıq. Məcəllənin hazırlanması zamanı qanunvericiliyin təkmilləşdirilməsi məsələsinə də diqqət yetiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB