ARGTMŞ ABŞ səfirinə məktub göndərib

ARGTMŞ ABŞ səfirinə məktub göndərib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ABŞ-ın Boston şəhərində baş vermiş partlayışla bağlı ABŞ-ın Azərbaycandakı səfirinə məktub göndərib. Şuradan SİA-ya verilən məlumata görə, məktubda sözü gedən hadisənin gözlənilməz olduğu bildirilib, baş vermiş hadisə təəssüf hissi ilə xatırlanıb və 100-dən çox gənclər təşkilatı adından, parlayış zamanı vəfat etmiş şəxslərlə bağlı baş sağlığı verilib.

Qeyd edək ki, parlayış ötən gün Boston Beynəlxalq Marafonu zamanı yerli vaxtla 14:50-də, marafon iştirakçılarının əksəriyyəti finiş xəttini keçəndən sonra baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var.

Bütün xəbərlər Facebook səhifəmizdə