Lənkəran ŞİH: "Bəsdir, yalan yazdığınız!"

Lənkəran ŞİH: "Bəsdir, yalan yazdığınız!"

16 aprel 2013-cü il tarixdə dia.az saytında rayon rəhbərlərinin hasarlama, divarlara daşdan üzlük vurma və digər məsələlər barədə yazıda həqiqətə uyğun olmayan, ucuz sensasiya yaratmaq məqsədi güdən fikirlər səsləndirilməklə Lənkəran şəhərində aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərinə kölgə salmağa cəhd edilib, bu sahədə həyata keçirilən tədbirlərin mahiyyəti bilərəkdən təhrif olunmuş şəkildə verilib. Bunu SIA-ya Lənkəran Şəhər İcra Hakimiyyətindən deyiblər.

Məlumatda bildirilib ki, Azərbaycanın hər guşəsi kimi Lənkəran şəhəri də sürətlə inkişaf edir, yeni sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələr həyata keçirilir, müasir dizaynda yeni parklar, bağlar salınır, magistral yollarda və şəhərin prospekt və küçələrində milli arxitektura ənənələrinə uyğun istinad divarları hörülür, yaşıllıq zolaqları, təbii mənzərələri əks etdirən yol guşələri yaradılır. Belə yol guşələrindən biri də, Ürgə kəndi ərazisində qurulur. Lənkəranın turizm imkanlarını yaxşılaşdırmaq baxımından böyük əhəmiyyəti olacaq bu layihə gerçəkləşəndən sonra şəhərin şimal tərəfdən görünüşü hər bir qonaqda gözəl təəssürat, xoş ovqat yaranacaqdır. Görunduyu kimi, məqalədə verilmiş fikirlərin əksinə olaraq Lənkəranda həm istinad divarları hörülür, küçə hasarları və divarlar zövqlə rənglənir, həm də təbii imkanlardan istifadə edilərək təbiət mənzərələrini əks etdirən yol guşələri yaradılır. Hər iki halda məqsəd Lənkəran şəhərini inkişaf etdirib gözəlləşdirmək, onu sakinlər və qonaqlar üçün daha yaraşıqlı, rahat və mədəni şəhərə çevirməkdir. Təəssüflər olsun ki, məqalədə səsləndirilən fikirlər bu məqsədə deyil, tamamilə yad düşüncələrə və xam xəyallara xidmət edir. Bəsdir, yalan yazdığınız!

Bu cür ucuz yalanlarla nə lənkəranlıları, nə də Lənkəranı sevən insanları çaşdıra bilməyəcəksiniz. Lənkəranlılar şəhərimizdə görülən işləri ürəkdən bəyənirlər.

Cənab Prezident İlham Əliyevin ardıcıl diqqəti və qayğısı ilə Lənkəranın inkişafı üçün görülən bu işlərlə hər bir lənkəranlı fəxr edib qürur hissi keçirir. Ürəyi saf, qəlbi təmiz insanlar bu məlum həqiqəti görür və dərk edirlər. Ürəyi qara niyyətlərlə dolu, qəlbi çirkin insanlar bu həqiqəti nə görə bilər, nə də dərk edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə