Prezident İlham Əliyev Barak Obamaya başsağlığı verib

Prezident İlham Əliyev Barak Obamaya başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamaya başsağlığı məktubu göndərib. SİA-nın xəbərinə görə, Azərbaycan prezidenti məktubunda Boston şəhərində törədilmiş partlayışlar nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbərdən kədərləndiyini bildirib, Birləşmiş Ştatların prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə