Lənkəran Dövlət Universitetinin prorektoru həbs olunub

Lənkəran Dövlət Universitetinin prorektoru həbs olunub

Lənləran Dövlət Universitetinin rektoru Asəf İsgəndərovun köməkçisi Qorxmaz Ağayev Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən aprelin 15-də keçirilən əməliyyat zamanı saxlanıb. Faktla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları əməliyyat həyata keçirib. SİA-ya daxil olan xəbərə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin universitetinin tərbiyə işləri üzrə prorektoru Qorxmaz Kazım oğlu Ağayev şübhəli şəxs qismində tutulub.

Fakt üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb, istintaq aparılır, təfərrüatlar barədə ictimaiyyətə əlavə informasiya veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə