ATGTİ ABŞ səfirliyi qarşısında aksiya keçirib FOTO

ATGTİ ABŞ səfirliyi qarşısında aksiya keçirib FOTO

Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Azərbaycan Atletika Federasiyasının dəstəyi ilə ABŞ-ın Bakıdakı səfirliyi qarşısında "Terrorizmə yox!" adlı aksiya keçirib. Xatırladırıq ki, sözügedən aksiya dünən ABŞ-ın Massaçusests ştatının Boston şəhərində 117-ci Boston marafonu zamanı baş vermiş terror aktına həsr olunub. ATGTİ-dən SİA-ya verilən məlumata görə, aksiya çərçivəsində 100-ə yaxın gənc terrorizmin əleyhinə şüarlar səsləndirib. Daha sonra ATGTİ sədri Şahin İsmayilov təşkilat adından ABŞ səfirliyinə əklil və İttifaqın xüsusi bəyanatını təqdim edib.

Bəyanatda qeyd edilir ki, müstəqil ölkə kimi Azərbaycan da terrorizmlə dəfələrlə qarşılaşıb. Əsas da XX əsrin əvvələrində ölkəmizin sivil əhalisinə qarşı erməni silahlı birləşmələrinin törətdikləri cinayətlər vurğulanıb, Azərbaycan tələbələrinin baş vermiş terror aktını pislədikləri bildirilib.

Aksiyanın sonunda KİV-lərə açıqlama verən ATGTİ-nin sədri Şahin İsmayilovun sözlərinə görə: "Günahsız insanların öldürülməsi bağışlanılmaz cinayətdir. Ümid edirik ki, hadisəni törədənlər qısa vaxtda tapılacaq və layiqincə cəzalandırılacaqlar", - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə