YAP Göygöl rayon təşkilatı Qadınlar Şurasının toplantısı keçirilib FOTO
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı Qadınlar Şurasının növbəti toplantısını keçirib. SİA-nın məlumatına görə, toplantının işində Qadınlar Şurasının üzvləri, ərazi ilk partiya təşkilatının sədrləri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Turani Əliyev ilk öncə gündəlikdə olan məsələlər ilə yığıncaq iştirakçılarını tanış edib. Rayon partiya təşkilatının sədri respublikamızın bugünkü yüksək inkişafından və cəmiyyətin inkişafında qadınların rolundan söhbət açaraq, qarşıda duran vəzifələrdən bəhs edib. Qarşıda böyük siyasi kompaniya olan Prezident seçkiləri olacağını vurğulayaraq, ənənəvi olaraq rayon sakinlərinin, xüsusilə də qadınların mütəşəkkillik nümayiş etdirməklə qələbə qazanacağından əminliklə danışıb.
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı Qadınlar Şurasının sədri Nuranə Quliyeva məruzə ilə çıxış edərək, görülən işlərin geniş təhlil olunmasından, qadın məsələlərinin həmişə dövlətimizin diqqət mərkəzində olmaqla, prioritet təşkil etdiyi və qadınların bütün tədbirlərdə fəal iştirak etdiklərini qeyd edib.
Tədbirdə fəal qadınlardan Dilarə Qazıyeva, Mələksə Murğuzova, Dünyavi Məmmədova çıxış edərək YAP Göygöl rayon təşkilatı Qadınlar Şurasının öz işlərini qabaqcıl təcrübənin öyrənilməsi və qarşıda duran vəzifələrin sistemli şəkildə həyata keçirilməsindən, partiya iclaslarının səmərəli və yüksək səviyyədə təşkili və partiya üzvlərinin fəallığının daha da artırılmasına yönəltməsindən danışıblar. Çıxış edənlərdən Mələksə Murğuzova çıxışının sonunda Yeni Azərbaycan Partiyasının sədri ölkə Prezidenti cənab İlham Əliyevə həsr etdiyi şerini yığıncaq iştirakçılarına səsləndirdi.
Çıxışlardan sonra təşkilatı məsələyə baxılaraq Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı Qadınlar Şurasının 21 nəfərdən ibarət yeni tərkibi, sədri və sədr müavini seçilib. Quliyeva Nuranə Aslan qızı qadınlar şurasının sədri, İsgəndərova Aişə Əkrəm qızı qadınlar şurasının sədr müavini seçilib. Tədbirin sonunda isə ilk partiya təşkilatlarında işin səmərəliliyinin artırılması məqsədilə metodik göstərişlər və tövsiyyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB