YAP Suraxanı rayon Qadınlar Şurasının II konfransı keçirilib FOTO

YAP Suraxanı rayon Qadınlar Şurasının II konfransı keçirilib FOTO

Yeni Azərbaycan Partiyasının Suraxanı rayon Təşkilatı Qadınlar Şurasının II konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən YAP rayon Təşkilatının sədri Vüqar Seyidov bildirib ki, istər ölkəmizdə, istərsə də xaricdə Ulu Öndər Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın 90 illik yubileyi qeyd olunur.

Sədrin sözlərinə görə, qadınların ölkəmizdə, cəmiyyətdə rolu çox əhəmiyyətlidir: "Biz daim fəxr edirik ki, görkəmli qadın alimlərimiz, qadın yazıçılarımız, görkəmli qadın müğənnilərimiz, bəstəkarlarımız, incəsənət xadimləri, həkimlər, dövlət xadimləri, təsərrüfat, sənaye sahəsində böyük işlər görən qadınlar var. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda qadınlarına daim dövlət qayğısı göstərilir və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Azərbaycan cəmiyyətində, ictimai-siyasi həyatda qadınların rolunun artırılmasına dövlətimiz tərəfindən hər cür şərait yaradılır".

Daha sonra YAP Suraxanı rayon qadınlar şurasının sədri Tünzalə Süleymanova qurumun hesabatını məruzə edib.

Konfransda millət vəkili Sevinc Fətəliyeva, YAP rayon qadınlar şurasının sədr müavini Məhəbbət İbrahimova, rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov və digərləri çıxış edərək qadınların ölkəmizdə, cəmiyyətdə rolu haqqında ətraflı danışıblar. Qeyd olunub ki, ölkəmizdə - Azərbaycanda qadına hörmət günü-gündən artır və insanlar qadının həyatda, cəmiyyətdə rolunun əhəmiyyətini daha da dərindən dərk edə bilirlər.

Məlumat üçün bildirək ki, konfransda Respublika Qadınlarının qurultayına isə 16 nümayəndə seçilib. YAP Suraxanı rayon Təşkilatı Qadınlar Şurasına 47 nəfərdən ibarət tərkib təsdiq olunub.

Qeyd edək ki, yekdilliklə konfrans iştirakçıları tərəfindən Solmaz Səfərova YAP Suraxanı rayon Təşkilatının Qadınlar Şurasının yeni sədri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə