Uğurları ilə geri döndülər

10-12 aprel tarixlərində Rusiyanın Kislovodsk şəhərində Beynəlxalq Kulinariya Çempionatında Azərbaycan Milli Kulinariya Komandamız iştirak edib. SİA-nın verdiyi xəbərə görə, bununla bağlı olaraq bu gün Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov mətbuat konfransı keçirib: "Azərbaycandan AMKM-in baş texnoloqu Emma Abdullayevanın rəhbərliyi ilə 4 nəfər aşpazdan ibarət Azərbaycan Millli Kulinariya komandası 6 fərdi yarışda və 1 komanda sinfində iştirak etdilər. Çempionatda isə 15 komanda var idi. Azərbaycan, Rusiya, Qazaxıstan, Kabardino-Bolkariya, Dağıstan, mən müstəqil ekspert kimi və başqaları da orada idi. Bu çempionatda da komandamız daha çox yerli ərzaqlardan istifadə etdi. Yarış öncəsi aşpazlar başqa ərzaqlar kimi yağ seçimi edərək xörəklər bişirib yoxlayırdılar. Biz də seçim edərək " Super Sun" yağını seçdik və özümüzlə o yağı yarışa apardıq. Uğurlu nəticələr əldə etdik. Çempionatda Azər Qədirov 1 gümüş medal, Araz Əhmədov 1 bürünc medal, Anar Qurbanov ən yaxşı qəlyanaltıya görə diplom aldı. Beləliklə, komandamız 6 sinifdə 4 nəticə 1 kubok, 1 gümüş, 1 bürünc, 2 diplomla təltif olundu".

Qeyd edək ki, Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov sözügedən yarışda özü juri heyətində olmadığını deyərək komandasının bəxti gətirdiyini dilə gətirib. Buna səbəb isə komandasının layiqincə yeməkləri ortaya çıxarda bilməməsi olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə