Bu gün hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 6-11, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Ölkənin rayonlarında hava şəraitinin dəyişiləcəyi, bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 5-10, bəzi yerlərdə 12 dərəcəyədək isti olacağı gözlənilir.
Aprelin 16-sı axşamdan 19-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin üstünlüyü və havanın temperaturunun ötən günlərə nisbətən xeyli aşağı enməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB