Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Əmri ilə AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına dəyişikliklər edilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, dəyişikliklərə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır.
Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə veriləcək. Təsdiq edilmiş dəyişikliklərin ölkə ərazisində tətbiq vaxtı 1 may 2013-cü il tarixindən müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB