15 milyon dollarlıq iPhone 5 satıldı

Stuart Hughesin son dizaynının qiyməti 15 milyon dollar olub.
15 milyon dollarlıq iPhone 5 satıldı

Lüks iPhone dizaynları edən ingiltərəli dizayner Stuart Hughesin son dizaynının qiyməti 15 milyon dollar olub.

Bu günə qədərki ən bahalı telefonu hazırlayan Hughes, "iPhone 5 Qara Almaz" adlandırdığı telefonu çinli işadamlarından birinə 15 milyon dollara satıb.26 karat qızıl kassaya sahib olan dünyanın ən bahalı telefonunun düymələri də qara almazdan hazırlanıb.Düymələrin ətrafına isə 53 ədəd

almaz yerləşdirilib. Həmçinin, cihazın orijinal ekranı safir şüşə ilə dəyişdirilib. Bu cihazın ekranının 3 qat daha möhkəm olmasını təmin edir. Eyni şəkildə cihazın kamera linzasının üzəri də safir şüşə ilə örtülüb.

Stuart Hughes rəsmi internet saytında öz dizaynlarını satışa çıxarır.

Bütün xəbərlər Facebook səhifəmizdə