BDM və DAK nümayəndə heyəti Türkiyəyə səfər edəcək

BDM və DAK nümayəndə heyəti Türkiyəyə səfər edəcək

Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Dünya Azərbaycanlıları Konqresinin (DAK) nümayəndə heyəti 20-22 aprel 2013-cü il tarixində Türkiyə Cümhuriyyətinin İğdır vilayətinə səfər edəcək. Qurumdan SİA-ya verilən məlumata görə, səfər çərçivəsində ilk öncə Ulu öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün abidələri ziyarət olunacaq.

Daha sonra Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyi (ASİM-DER) ilə birgə yalançı "erməni soyqırımı" ilə əlaqədar İğdırın Əlican kəndi ziyarət olunacaq, əhali ilə görüş keçiriləcək və etiraz bəyanatı səsləndiriləcək. Eyni zamanda Alican kəndindəki kütləvi soyqırım məzarlıqları ziyarət olunacaq. Həmçinin bir sıra rəsmi görüşlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə