Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Rasim Ağayev ABŞ Dövlət Departamentinin xətti ilə həyata keçirilən 3 həftəlik "Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı" (IVLP) proqramını yekunlaşdırdı. Mərkəzdən SİA-ya verilən məlumata görə, Azərbaycan və ABŞ qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədi daşıyan səfər çərçivəsində ABŞ-ın nüfuzlu ali təhsil ocaqları, beynəlxalq və yerli QHT-ləri ilə görüşlər keçirilib.
Səfər Vaşinqton, Nyu-York, Los-Ancels, Dallas, Luivil və s. şəhərlərində baş tutub. Proqramın sonunda ABŞ Dövlət Departamenti tərəfindən Rasim Ağayev diplomla təltif olunub.
Qeyd edək ki, Proqram ABŞ Dövlət Departamenti tərəfindən 1940-cı ildən başlayaraq həyata keçirilən peşəkar mübadilə proqramıdır. Proqramın məqsədi digər ölkələrin liderlərinin ABŞ-la tanışlığı və tərəflər arasında qarşılıqlı anlaşmanın əldə olunmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB