Paytaxta yağış yağacaq

Sabah hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 6-11, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Ölkənin rayonlarında hava şəraitinin dəyişiləcəyi, bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 5-10, bəzi yerlərdə 12 dərəcəyədək isti olacağı gözlənilir.

Aprelin 16-sı axşamdan 19-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin üstünlüyü və havanın temperaturunun ötən günlərə nisbətən xeyli aşağı enməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə