Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev kəndlərdə səyyar qəbul keçirib. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, icra başcısının rayonun Babı, Arayatin, Mollaməhərrəmli kəndlərində keçirdiyi qəbulda 300 nəfər sakin iştirak edib. Qəbula gələn sakinlər problemlərini bir başa rayon icra hakimiyyətinin başçısına ünvanlayıblar. Sakinlərin problemlərilə tanış olan icra hakimiyyətinin başçısı kəndlilərin problemlerinin bəzilərini yerindəcə həll edib. Alı Alıyev sakinlərin digər şəxsi problemlərin həlli üçün müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıq verib.
Kənd sakinləri müvəqqəti məskunlaşdıqları şəraitsiz evlərlər, xüsusilə müharibə zamanı dağıdılıb yandırılmış evlərin yenidən təmiri ilə bağlı icra başcısına müraciət ediblər. İcra başçısı mövcud məsələ ilə bağlı bildirib ki, artıq dövlət proqramı çərçivəsində müharbidən zərər çəkmiş evlər bərpa edilir: "Ölkə başçısının tapşırıqları Füzulidə tez bir zamanda həyata keçiriləcək və şəhərin iqtisadi-sosial, eləcə də digər problemləri həll olunacaq".
Qeyd edək ki, bu cür görüşlər Füzulidən olan məcburi köçkünlərin məskunlaşdığı digər ərazilərdə də keçiriləcək.
Şamxal Cəlilov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB