“Həyat gözəldir” adlı beynəlxalq gənclər mübadiləsi layihəsi həyata keçiriləcək
Aprelin 15-dən 22-dək Yevlax şəhərində Azərbaycan, Estoniya və Gürcüstandan olan 70-ə yaxın gənclərin iştirakı ilə "Həyat gözəldir" adlı beynəlxalq gənclər mübadiləsi layihəsi həyata keçiriləcək. Azərbaycan Gənc Hüquqşünaslar Birliyi tərəfindən icra olunan layihənin beynəlxalq tərəfdaşları Estoniyadan "Kuuste Kool" təşkilatı, Gürcüstan tərəfdən isə Gürcüstan Gənclər Parlamentidir. Qeyd olunan layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Hüquqşunasları Konfederasiyasiyası (AHK) və Avropa İttifaqının "Youth in Action" proqramının dəstəyi ilə həyata keçirilir.
Aprelin 15-də Yevlax şəhərnin "Karvan" otelində keçirilən rəsmi açılış mərasimində Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseyinli ilə yanaşı, Yevlax rayonunun rəsmi şəxləri, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədri Fərhad Vəliyev, Estoniyadan layihə rəhbəri Kersti Kiviru çıxış edəcəklər.
Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin layihə koordinatoru Orxan Nağıyevin verdiyi məlumata görə layihə çərçivəsində 7 gün müddətində iştirakçılıar müxtəlif sahələrdə müzakirələr aparacaqlar: "Ən əsası isə hər bir ölkə gənclər fəaliyyəti haqqında olan təcrübələrini digərləri ilə bölüşəcək. İlk mərhələsi Azərbaycanda olmaqla digər iki ölkədə də bu layihənin məntiqi davamı olacaq".
Layihə iştirakçıları həmçinin, Mingəçevir, Şəki, Qəbələ şəhərlərinə də səfər edəcəklər, gənclərlə görüşəcək və Azərbaycanı daha yaxından tanımaq imkanaları qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB