Rabitə və İnformasiya Texnologiya Nazirliyinin "Aztelekom" İstesalat Birliyində Talassemiya və Hemofiliya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası keçirilib. SİA-nın verdiyi xəbərə görə, aksiya ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan tədbirlərdən biri olaraq "Aztelekom" İstesalat Birliyində çalışan gənc rabitəçilər – YAP Yasamal rayon təşkilatının gənc üzvlərinin təşəbbüsü ilə təşkil olunub. Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankının mobil işçi qrupu tərəfindən həyata keçirilən aksiyada "Aztelekom" İstesalat Birliyinin 70-ə yaxın işçisi könüllü donor olaraq qan verib.
Qanvermə aksiyasında "Aztelekom" İstesalat Birliyinin baş direktoru Məhəmməd Məhəmmədovda iştirak edib. Aksiyanın keçirilməsi ilə bağlı jurnalistlərin sualarını cavablandıran baş direktor bildirib ki, aksiya ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub: ""Aztelekom" İstesalat Birliyinin işçi heyəti qan vermə aksiyasına qoşulmaqla ehtiyacı olan insanlara diqqət və qayğının hər zaman diqqət mərkəzində olduğunu nümayiş etdirir. Aksiyada iştirak edən hər bir kəs könüllü olaraq gəlib ki, verdiyi qanla ehtiyacı olan insanlara kömək etsinlər. Belə tədbirlərin keçirilməsi YAP-nın siyasətidir. Bütün rayonlarda belə tədbirlər keçirilir. Bu tədbirlərin keçirilməsi bir daha göstərir ki, YAP qayğıkeş, insanlıq partiyasıdır".
Qeyd edək ki, aksiyada "Aztelekom" İstesalat Birliyinin işçiləri ilə yanaşı digər könüllü şəxslərdə qan donoru qismində aksiyada iştirak edib. Ümumilikdə aksiyada 200-dən çox könüllü qan verib. Aksiyada yaşı 18-dən, boyu 160 santimetrdən, çəkisi 55 kiloqramdan yuxarı olan, aşağı təzyiqi olmayan, cərrahiyyə əməliyyatı keçirməyən və hər hansı yolxucu xəstəlik daşıyıcısı olmayan hər bir kəs qan donoru kimi iştirak edə bilər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB