Sənədlərin itirilməsinə dair cərimə ləğv edilir

Sənədlərin itirilməsinə dair cərimə ləğv edilir

Gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə aid Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilmək üçün qəbul edilmiş gömrük sənədlərinin və ya digər sənədlərin itirilməsinə dair cərimə ləğv edilir. SİA-nın xəbərinə görə, Milli Məclisdə yaxın günlərdə bu məsləyə baxılacaq. Məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq dəyişiklik ediləcək.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, hazırda gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə aid Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilmək üçün qəbul edilmiş gömrük sənədlərinin və ya digər sənədlərin itirilməsinə görə xəbərdarlıq və ya 70 manatdan 100 manatadək miqdarda cərimə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə