Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bu gün Xaçmaza səfərə gəlib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, ombudsmanın səfərində əsas məqsəd əhalinin daha çox ehtiyaclı təbəqələrinə, əlillərin, ahılların, tənha qocaların, valideyn himayəsindən məhrum olmuş uşaqların, məhkumların problemləri ilə yaxından tanış olmaqdır. E.Süleymanova həm də onların şikayətlərinə baxacaq.
Görüşdə Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri iştirak edəcək.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB