“İsmayıllı” EŞ Müəssisəsində yeniliklər tətbiq edilir

“İsmayıllı” EŞ Müəssisəsində yeniliklər tətbiq edilir

"İsmayıllı" Elektrik Şəbəkə (EŞ) Müəssisəsinin xidməti ərazisində istehlakçıların elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər yerinə yetirilir. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, müəssisənin 10 kilovoltluq "Diyallı", "Qafqaz", "Xanlar" və digər hava xətlərində müxtəlif təyinatlı təmir işləri aparılıb, ümumilikdə 8,1 kilometrə yaxın xətt təmir olunub, 0,4 kilovoltluq xətlərin 1,2 kilometrə yaxın hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə