Bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu nisbətən yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, aprelin 14-də Bakı və Abşeron yarımadasında hava, əsasən, yağmursuz keçəcək, temperatur nisbətən yüksələcək. Temperatur gecə 6-9, gündüz 14-20 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 13-dən başlayan yağış aprelin 14-də səhər, bəzi yerlərdə isə gündüz kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu bəzi yerlərdə 27 dərəcəyə kimi yüksələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB