Təmir işləri ilə əlaqədar olaraq, bu gün saat 14:00-dan saat 21:00-dək "Alatava" Qazpaylayıcı Stansiyasından qidalanan "Tbilisi prospekti" orta təzyiqli qaz kəmərində, saat 14:00-dan isə "Mikrorayon 500 mm-lik" orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq. Azəriqaz İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinə, Xutor adlanan yaşayış sahəsinə, 6,7,8 və 9 mikrorayonlara, həmçinin Nəsimi, Yasamal və Səbail rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB