YAP Nəsimi rayon təşkilatı qadınlar şurasının konfransı keçirilib FOTO

YAP Nəsimi rayon təşkilatı qadınlar şurasının konfransı keçirilib FOTO

Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı qadınlar şurasının növbəti konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransı giriş sözü ilə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova açıb.

Hesabat məruzəsi ilə çıxış edən YAP Nəsimi rayon təşkilatı qadınlar şurasının sədri Məhbubə Vəliyeva bildirib ki, partiyanın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətini bu gün Prezident İlham Əliyev layiqincə davam etdirir. Aparılan məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan qabaqcıl dünya dövlətləri sırasında təmsil olunur.

Ölkəmizin həyatında mühüm və taleyüklü məsələlərdə həmişə fəallıq nümayiş etdirən rayon qadınlarının əməyini yüksək qiymətləndirən M.Vəliyeva vurğulayıb ki, Azərbaycan qadını öz ailəsi ilə yanaşı, dövlətinin gələcəyini də düşünür. Hazırda YAP Nəsimi rayon təşkilatının sıralarında 11 425 min qadın təmsil olunur: "Hazırda səhiyyədə 2908, təhsildə 2262, elm-mədəniyyət sahəsində 84, idarəetmə orqanlarında isə 704 qadın çalışır".

Çıxış edənlər son illər ölkəmizdə aparılan quruculuq işlərindən, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıblar.

Konfransda YAP Nəsimi rayon təşkilatı qadınlar şurasının sədri və onun müavinləri seçilib. Məhbubə Vəliyeva yenidən qadınlar şurasına sədr seçilib.

Tədbirdə həmçinin YAP Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə