Hava yağıntılı olacaq

Bu gün buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 6-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 6-11, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 10-15, bəzi yerlərdə 17 dərəcəyədək isti olacağı gözlənilir.

Bu gündən etibarən aprel ayının 15-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 13-ü gündüzdən 14-ü səhərədək arabir güclənən xəzri küləyi bəzi smeteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə