DMX ilə bp arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub
Bp şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qordon Birrellin rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Miqrasiya Xidmətində (DMX) olub.
DMX-dən bildiriblər ki, Xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Q.Birrellini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etmişdir.
Bp şirkətinin neft sahəsinin inkişafında mühüm rola malik olduğunu diqqətə çatdıran Xidmət rəisi müəssisə tərəfindən görülən işlərə, bu sahədə əldə edilən nailiyyətlərə toxunmuş, Dövlət Miqrasiya Xidməti və bp arasında qarşılıqlı əməkdaşlıqdan bəhs edib.
Q.Birrell isə şirkətin icra etdiyi layihələrdən danışmışdır. Bildirmişdir ki, bu layihələrin icrası üçün azərbaycanlı, eləcə də əcnəbi mütəxəssislər cəlb edilmişlər. Qonaq bu sahədə DMX ilə əməkdaşlığın bp şirkəti üçün önəmli rol oynadığını vurğulayıb.
Görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq, eləcə də bp şirkətinə cəlb edilən əcnəbilərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları və yaşamaları üçün müvafiq icazələrin verilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB