Bu gün səhiyyə naziri Oktay Şirəliyev Bərdədə Qarabağ bölgəsi rayonlarının vətəndaşlarını qəbul edib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, qəbulda bölgədə yerləşən bir neçə rayona daxil olan vətəndaşların şikayət və təklifləri dinlənilib. Oktay Şirəliyev vətəndaşları Bərdə şəhərində yerləşən Diaqnostika mərkəzində qəbul edib.
Görüşdə Oktay Şirəliyevlə birlikdə nazirliyin əlaqədar qurumlarının rəhbərləri iştirak edib. Qarabağ bölgəsini əhatə edən Bərdə, Tərtər, Ağdam, Yevlax, Beyləqan, Füzuli, İmişli, Mingəçevir, Ağcabədi, Laçın, Xocalı, Xocavənd rayon sakinlərini qəbul edib. 60-dan çox vətəndaş səhiyyə sahəsinə dair problemini nazirə çatdırıb.
Qəbulda müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların şikayət və təklifləri dinlənilib, vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həll olunub. Qəbulda şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi və aidiyyatı qurumlara çatdırılması üçün qeydə alınaraq nəzarətə götürülüb. Görüşdə eyni zamanda bir neçə vətəndaş tərəfindən şəxsi mahiyyət daşıyan müraciətlər də edildi. Onlara müvafiq kömək göstərilməsi mümkün olacağı təqdirdə nazirliyin aidiyyatı qurumlarının rəhbərlərinə tapşırıqlar verildi.
Qeyd edək ki, nazirliyin bu xarakterli görüşlərinin ölkənin digər rayonlarında da təşkil olunması nəzərdə tutulub.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB