Gənclər təşkilatlarının yeni imkanları

Gənclər təşkilatlarının yeni imkanları

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Gənclərin beynəlxalq əməkdaşlığı üzrə dəstək mərkəzinin yaradılması" layihəsi çərçivəsində gənclər təşkilatları üçün "Gənclər təşkilatlarının beynəlxalq əməkdaşlıq layihələri" mövzusunda seminar təşkil edilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, silsilə xarakter daşıyan seminarın əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının beynəlxalq əməkdaşlıq imkanlarının artırılmasına, regional və beynəlxalq layihələrdə təmsil olunmasına kömək göstərməkdir.

30 gənclər təşkilatının qatıldığı seminarda Avropa Birliyinin "Gənclər fəaliyyətdə" proqramının gənclərə verdiyi imkanlar, tərəfdaşların tapılması, layihələrlə bağlı müraciətlərin hazırlanması və digər məsələlər haqqında məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminar Avropa Birliyinin "Gənclər fəaliyyətdə" proqramının Azərbaycan üzrə informasiya təmsilçisi Həmid Qasımov və Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov tərəfindən keçirilib.

Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi layihə çərçivəsində gənclər təşkilatları üçün beynəlxalq əməkdaşlığın qurulması üzrə məsləhət xidməti də yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə