Səbail rayon qadınlarının IV konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, rayonun sənaye, elm, təhsil, səhiyyə, mədəniyyət, hüquq-mühafizə, təsərrüfat və s. sahələrdə dövlət və bələdiyyə qurumlarında çalışan, ictimai birlik və təşkilatlarda fəaliyyət göstərən qadınlarının nümayəndələrinin iştirakı ilə keçirilən konfranda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, qadınların ölkəmizdə, cəmiyyətdə rolu çox əhəmiyyətlidir:
"Azərbaycanda qadına münasibət həmişə yüksək olub. Qadın anadır, həyat yoldaşıdır və həm də bəşəriyyətin yarıdan çoxunu təşkil edən varlıqdır. Azərbaycan qadını XX əsrdən kişilərlə çiyin-çiyinə, bərabərhüquqlu vətəndaş kimi cəmiyyətdə çox fəal olub. Azərbaycan müstəqillik qazandıqdan sonra isə qadınlarımıza hörmət və diqqət daha da artıb. Bu gün Azərbaycan qadınları müstəqil respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində əzmlə çalışırlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə qadın siyasəti məsəllərinə daim diqqət yetirib. Ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi və dövlət siyasəti səviyyəsinə yüksəldilməsi onun adı ilə bağlıdır. Ümummilli liderimizin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiysının 25-ci maddəsində nəzərdə tutulmuş qadın və kişilərin hüquq bərabərliyi prinsipi insan hüquqlarının ayrılmaz elementi və sosial ədalət şərtlərindən biridir. Azərbaycan 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyaya qoşulub. O illərdə ölkə rəhbərinin qadınların cəmiyyətdəki statusunun yüksəldilməsi ilə bağlı imzaladığı Fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar oldu. 1998-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı, həmin il Qadınların I Qurultayı keçirildi. Ulu öndərin 2000-ci il 6 mart tarixli "Azərbaycan Respublikasında Qadın siyasəti haqqında" Fərmanı isə qadınların potensialının tam açılması üçün institusional mexanizm oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə də qadın problemi mərkəzi yerlərdən birini tutur. Ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanun qadının ailədə, dövlət quruculuğundakı rolunun artırılmasına, huquqi, sosial və mənəvi maraqlarınının qorunması sisteminin təkmilləşdirilməsinə yönəldilib".
A.Əsgərov bildirib ki, bu gün Azərbaycan qadınları müsəqil dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayırlar. Heç bir prossesdən kənarda qalmayan qadınlarımız rəhbər vəzifələrə irəli çəkilir, ictimai-siyasi həyatda, o cümlədən, seçkilərdə fəal iştirak edir, qadın qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərir, özlərinin vətəndaş mövqeyini nümayiş etdirirlər. Qadınlarımızın fəallığı günbəgün artır, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni, mənəvi həyatında onların rolu əhəmiyyətli dərəcədə yüksəlir: "Bu sahədə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti bütün qadınlarımız üçün örnəkdir. Mehriban xanım Əliyevaının genişmiqyaslı və faydalı fəaliyyəti son dərəcədə təqdirəlayiqdir".
Səbail rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Xalidə Bayramova isə qeyd edib ki, Səbail rayonunda yaşayan əhalinin 51,2 %-ni qadınlar təşkil edir: "İqtisadiyyatın müxtəlif sahələrində çalışanların 31,1 %-i qadınlardır. Rayonda müxtəlif sahələrdə çalışan qadınların 13,3 %-i təhsil, 8,1 %-i səhiyyə, 7,7 %-i mədəniyyət və incəsənət, 9,2 %-i rabitə, 11,5 %-i ticarət, 8 %-i dövlət idarəetməsində işləyirlər. 23 mindən çox üzvü olan YAP Səbail rayon təşkilatının 55,6 %-i qadınlardır. Keçən müddət ərzində rayonda qadınlarımızın sağlamlığı, ailələrinin qorunması, onlara qarşı zorakılıq hallarının qarşısının alınması, hüquqlarının müdafiəsi, istirahətlərinin təşkili, sosial müdafiəsi ilə bağlı bir sıra tədbirlər təşkil olunmuş, işlər həyata keçirilib. Rayonun qəsəbə və yaşayış sahələrində son illərdə həyata keçirilən genişmiqyaslı sosial yönümlü layihələr qadınlarımız tərəfindən böyük razılıq hissi ilə qarşılanıb".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müstəqillik illərində qadınlarımızın cəmiyyətin bütün sahələrində qazandığı uğurlardan, Dövlət rəhbərliyi tərəfindən həyata keçirilən Ailə, Qadın və Uşaq siyasətindən, Səbail rayon qadınlarının fəaliyyətindən danışıb. Komitənin gördüyü işlər və qarşıda duran vəzifələri barədə tədbir iştirakçılarına məlumat verib".
Konfransda 1 saylı şəhər Poliklinikasının baş həkimi Kübra Cabbarova, 132-134 saylı Təhsil Komplessinin direktoru Sara Xanlarova, 3 saylı musiqi məktəbinin direktoru Məhin Orucova və başqaları çıxış edərək qadınların cəmiyyətdəki rolundan danışıblar.
Konfransda Respublika Qadınlarının qurultayına 18 nəfər nümayəndə seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB