Müdafiə Nazirliyi 132 hərbi qulluqçunu sevindirdi

Müdafiə Nazirliyi 132 hərbi qulluqçunu sevindirdi

Bu gün Müdafiə Nazirliyinin (MN) Təlim və Tədris Mərkəzində 132 hərbi qulluqçuya mənzillərin sənədləri təqdim edilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.

Qeyd edək ki, hərbi qulluqçulara mənzillərin verilməsi Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan prezidentinin 28 dekabr 2011-ci ildə imzalanmış fərmanına uyğun olaraq həyata keçirilir.

Bundan əvvəl 20 il və daha çox qüsursuz xidmətlərinə görə 50 hərbi qulluqçu da yeni və təmirli mənzillərlə təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə