Əli Həsənov məcburi köçkünlər üçün salınan qəsəbədə olub FOTO

Əli Həsənov məcburi köçkünlər üçün salınan qəsəbədə olub FOTO

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Gəncədə qaçqın və məcburi köçkün ailələri üçün inşa olunan mənzillərin tikintisi ilə tanış olub. SİA-nın bölgə müxbirinin məlumatına görə, komitə sədri tikintinin hazırki vəziyyəti ilə maraqlanıb, bəzi tapşırıqlarını verib.

Əli Həsənov tikintini həyata keçirən 10-dan artıq şirkətin nümayəndələri ilə görüşərək işlərin sürətlə və keyfiyyətlə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Şəhərciyin avqust ayında istifadəyə verilməsi planlaşdırılır. Ümumilikdə rəsmi statistikaya əsasən, Gəncə şəhərində 20 000 nəfər olmaqla 5 000 nəfər məcburi köçkün ailəsi məskunlaşıb. Onların 70 faizi yataqxanalarda sığınacaq tapıb.

Qeyd edək ki, qaçqın ailələri üçün salınan şəhərcikdə 25 ədəd 5 mərtəbəli yaşayış binası və 1200 yerlik orta məktəb binasının inşası aparılır. Bundan əlavə ərazidə 280 yerlik uşaq bağçası, inzibati bina, musiqi məktəbi, həkim məntəqəsi və yanğın deposu da tikiləcək.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə