Ağdamın "Pişikli dərə" adlanan ərazisində bir neçə partlamamış döyüş sursatı tapılıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ANAMA-nın maddi-texniki dəstəyi ilə təmizləmə əməliyyatları həyata keçirən "Dayaq" Qeyri Hökumət Humanitar təşkilatının mütəxəssisləri təmizləmə əməliyyatları zamanı 3 ədəd tank əleyhinə mina və başqa 4 ədəd partlamamış döyüş sursatı aşkarlayıblar.
Korroziyaya uğrayan hərbi sursatlar "Dayaq" Qeyri Hökumət Təşkilatının əməliyyat qrupu tərəfindən təhlükəsiz əraziyə daşınaraq partladılmaqla zərərsizləşdirib.
Qeyd edək ki, sözügedən ərazi və Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndi 1994-cü ildə bir müddət işğalçı erməni ordusunun nəzarətinə keçdiyindən burda hələ də mina və döyüş sursatlarına tez-tez rast gəlinir. Ərazidə indiyədək bir neçə dəfə traktor və başqa kənd təsərrüfatı texnikaları minaya düşüb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB